Birləşmiş Millətlər Təşkilatı, 2013-cü ildə dünyada təxminən 2 milyon insanın böcək yediyini açıqlayıb.
Modern.az xəbər verir ki, BMT-nin məlumatına görə, dünyada 1900-dən çox böcək növü qida məhsulları kimi istifadə olunur.
BMT-nin Qida və ƏkinçilikTəşkilatı, dünyada həşərat istehsalını və istehlakını artırmaq məqsədilə 2013-ci ildə bir proqram başladıb.
Böcək təsərrüfatları heyvan təsərrüfatlarına nisbətən daha az xərc tələb edir. Buna görə bir neçə dövlət qida məhsullarında bir sıra həşərat növlərindən istifadə üçün qoyulan qadağanı aradan qaldırıb.
Finlandiya aclıqla mübarizə məqsədi ilə əzilmiş çəyirtkələrdən hazırlanmış çörəkləri bazara çıxarır.
“Fazer Sobası” adlı şirkətin innovasiyalar üzrə direktoru Juhani Sibakov, keçən ildən bəri bu konsepsiyanı inkişaf etdirdiyini, lakin bu günə qədər gözləmək məcburiyyətində olduqlarını açıqlayıb.
“Çörəklərin hər birinə qurudulduqdan sonra əzilən çəyirtkə hissələri qatılacaq. Bu da buğda və digər üyüdülmüş dənli bitkilərlə qarışdırılacaq. Hazırlanan çörəklər cümə günündən gec olmayaraq ilk olaraq Finlandiyanın paytaxtı Helsinkidə satışa çıxarılacaq”.
Sibakov deyir ki, bu çörəklərdə protein normal çörəklərdəkindən daha zəngindir.
Test üçün məhsulu dadanlar bu çörəyin dadının normal çörəkdən fərqlənmədiyini qeyd ediblər. Çəyirtkələri Hollandiyadan idxal edən şirkət, məhdud sayda təchizat imkanlarına malikdir. Ancaq şirkət, ölkədaxili təchizatçı tapmaq üçün səylərini davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Finlandiyada noyabrın əvvələrində həşəratların qida məhsulu kimi istifadəsini və satışını qadağan edən qanun qüvvəyə minib.
Lakin Böyük Britaniya, Hollandiya, Belçika, Avstriya və Danimarka kimi ölkələrdə həşəratlardan qida kimi istifadəyə heç bir məhdudiyyət qoyulmur.
Nəzrin CAVİD