Modern.az

Misirdəki terroru İŞİD törədib

Misirdəki terroru İŞİD törədib

Dünya

25 Noyabr 2017, 19:51

Misirdə terror aktını İŞİD törədib. Modern.az xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi olan "MENA"nın yaydığı məlumata görə, məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

 

Araşdırma zamanı məlum olub ki, terrorçular 30 nəfər olub. Oraya 5 avtomobildə gələn terrorçular məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

 

 Qeyd edək ki, terror nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb. Hadisə zamanı daha 128 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU