Modern.az

Hadi Rəcəbli: “Bu sessiyada plenar iclasa 12 sənəd göndərmişik...”

Hadi Rəcəbli: “Bu sessiyada plenar iclasa 12 sənəd göndərmişik...”

23 İyun 2011, 17:06

Deputat: “Sosial siyasət komitəsi qanunvericilik təşəbbüsündə çox fəaldır”

“Milli Məclisin Sosial Siyasət Komitəsinin yaz sessiyası qanunvericilik işlər planına 2 məsələ daxil olub: “Pasiyentin hüquqları haqqında” və “Sosial xidmət haqqında” qanun layihələri”.

Bu barədə Modern.az saytına komitənin sədri Hadi Rəcəbli məlumat verib. Deputat bildirib ki, “Pasiyentin hüquqları haqqında” qanun layihəsi bir neçə dəfə komitədə müzakitə olunub: “Bu sənəd indi geniş müzakirələrə verilib. Müzakirələr yekunlaşdıqdan sonra layihəni plenar iclasa tövsiyyə edəcəyik.
“Sosial xidmət haqqında” qanun layihəsi isə Milli Məclisdə birinci oxunuşdan keçib”.
Hadi Rəcəbli qeyd edib ki, hər iki sənədin qanunvericilik təşəbbüsü komitə tərəfindən gəlib: “Ancaq komitənin işi bununla yekunlaşmır. Bizim komitə bu sessiya dövründə 12 məsələ müzakirə edərək plenar iclasa təqdim edib. O sənədlərin hər biri deputatlar tərəfindən təsdiqlənib.
Bizim komitənin üzvləri çox fəaldırlar. Müzakirəyə çıxardığımız sənədlərin qanunvericilik təşəbbüsü Prezident tərəfindən də olub, komitə tərəfindən də. Həmçinin beynəlxalq konvensiyalar da var, beynəlxalq sənədlər də, ayr-ayrı komitələrlə birgə müzakirələr də aparılıb”.

Bu sənədlərin hər birinin insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini deyən komitə sədri bildirib ki, 2006-ci ilə qədər pensiyaya çıxanların pensiyasının artırılması ilə bağlı, eyni zamanda büdcə təşkilatlarında işləyənlərin yuxarı yaş həddi ilə bağlı sənədlər də bu sıradandır:
“Birgə müzakirə etdiyimiz məsələ İqtisadi siyasət komitəsi ilə hazırladığımız “İcbari sığorta haqqında” qanun layihəsidir ki, artıq sənəd üçünçü oxunuşdadır. Bizim komitənin fəaliyyətinin əsasını qanunların sayının daha çox olması deyil, sosial sifarişlərdən irəli gələn qanunların qəbuludur. Komitənin təşəbbüsü ilə bir necə qanuna əlavə və dəyişikliklər etmişik”.

Komitənin prioritetinə gəlincə, Hadi Rəcəbli bildirib ki, Ailə Məcəlləsinə düzəlişlər yenə də proritetdir.
““Pasiyentin hüquqları haqqında” qanun layihəsi ən çətin qanunlarımızdan biridir. “Reproduktiv sağlamlıq haqqında” qanun ən polemikalı qanundur. “Ailə həkimi haqqında” qanun layihəsi də  gündəmdədir. Bizim qanunların mahiyyətində sosial sifariş, əhalinin istəyi durur”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj