Modern.az

Nazir ordunu köməyə çağırdı

Nazir ordunu köməyə çağırdı

25 Noyabr 2017, 23:44

Pakistanın Daxili İşlər Nazirliyi paytaxt İslamabadda 2 həftədən artıqdır ki, yolları bağlayan radikal İslamçılara qarşı ordunu köməyə çağırıb. Modern.az xarici  mediaya istinadən xəbər verir ki, təxminən üç həftədir Pakistanın paytaxtında Feyzabad qovşağında yolu bağlayaraq "Ləbbeyk Ya Rəsulallah Hərəkatı" nın iştirakçılarına səhər 8 min təhlükəsizlik işçisi müdaxilə edib. Dövlət Televiziyası tərəfindən edilən açıqlamada hadisədə ən azı bir adamın öldüyü, 130 nəfərin yaralandığı bildirilib.

 

Ötən ay seçki qanununda edilən dəyişikliklə millət vəkillərinin imzaladığı mətndə “And içirəm ki Hz. Məhəmməd son peyğəmbərdir” ifadəsi “İnanıram ki Hz. Məhəmməd son peyğəmbərdir” olaraq dəyişdirilib və etiraza səbəb olub. "Ləbbeyk Ya Rəsulallah Hərəkatı" xüsusilə “dinə təhqir” iddialarına yönəlmiş etirazları ilə tanınır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI