Modern.az

Paytaxtın daha bir küçəsi təmirə bağlanır

Paytaxtın daha bir küçəsi təmirə bağlanır

25 Noyabr 2017, 23:57

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində sabahdan etibarən yenidənqurma işlərinə start verilir. Modern.az xəbər verir ki. bu barədə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılacaq:

“Bu səbəbdən, bu gecədən etibarən  yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq.

 

Sözügedən işlər yol boyu həyata keçiriləcək. Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlik elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin "Azəravtoyol" ASC tərəfindən təmirinə başlanılacaq.

 

Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI