Qəbələdə intihar cəhdinin qarşısı alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qəbələ rayonunda 1 nəfər intihar etmək məqsədilə ikimərtəbəli binanın damına çıxıb.
Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin xilasediciləri tərəfindən intihar cəhdiniqarşısı alınıb.