Modern.az

Səhiyyə naziri istefa verib  

Səhiyyə naziri istefa verib   

26 Noyabr 2017, 13:57

İsrail səhiyyə naziri Yaakov Litzman istefa verib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Y. Litzman şənbə günü – yəhudi ənənəsinə görə şabat adlandırılan və bir çox sahələrdə işləməyin qadağan edildiyi gün dəmir yollarında təmir işlərinin aparılmasına icazə verilməsi ilə əlaqədar istefa verib.

 

Bununla belə, Y. Litzmanın rəhbəri olduğu “Yahadut Ya Tora” Partiyası hakim koalisiyadan çıxmayacaq və növbədənkənar seçkilərin keçirilməsi təhlükəsi yaranmayacaq.

 

Qeyd edək ki, baş nazir Binyamin Netenyahunun partiyasının hazırda Knessetdə 60 deputatı var,  parlament çoxluğunu əldə etmək üçün isə 61 deputata ehtiyac var. Y. Litzmanın rəhbəri olduğu partiya isə parlamentdə 6 yerə malikdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!