Modern.az

Qubada maşın çaya aşdı: 5 yaralı var  

Qubada maşın çaya aşdı: 5 yaralı var   

26 Noyabr 2017, 14:34

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb. 

 

Modern.az APA-ya istinadən verdiyi məlumata, hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.

 

Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü - 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!