Modern.az

Yeni iPhone SE-nin görüntüləri yayıldı - VİDEO

Yeni iPhone SE-nin görüntüləri yayıldı - VİDEO

26 Noyabr 2017, 14:56

Apple iPhone X ilə birlikdə dizaynda böyük dəyişikliklərə gedib. İPhone SE 2 ilə də bu konsepsiya planına davam etdiyi görünür.

 


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-nin 2018-in əvvəllərində çıxarmağı düşündüyü, Concep Creator tərəfindən hazırlanan iPhone SE 2-nin ilk görüntüləri ortaya çıxıb. Apple, iPhone SE 2-də, ilk variantındakı 4 düyümlük ekran ölçüsünü və ana xətləri qorumağı üstün etmiş. İlk variantdakı dizayndan əlavə iphone X-də olan çıxıntı və çərçivəsiz ekranı əlavə edən Apple, iki kameraya isə yer verməyib.

 


İlk variantı bazarda hələ də yer alan və həm qiymət, həm də istifadə baxımından istifadəçilərin çox bəyəndiyi iphone SE-nin 2-ci variantında, iphone X-də olan bir çox proqram xüsusiyyəti də olacaq. Face ID-ni dəstəkləyəcək cihazın qiymətinin nə qədər olacağı hələ bilinmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!