Modern.az

Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub

Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub

26 Noyabr 2017, 21:20

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”nin qalibi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Rusiyanı müsabiqədə təmsil edən Polina Boquseviç “Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.

 

İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.

 

Müsabiqədə ümumilikdə 16 ölkə - Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!