Modern.az

Qurbanov gərgin keçən oyundan danışdı

Qurbanov gərgin keçən oyundan danışdı

Aktual

26 Noyabr 2017, 22:03

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  səfərdə “Zirə”yə 3:2 hesabı ilə qalib gəldikdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, baş məşqçi əvvəlcə matçı belə dəyərləndirib:

- Çətin və maraqlı görüş oldu. Son vaxtlar çempionatın ən gərgin oyunlarından biri idi. Futbolçularımı təbrik edirəm. İki fərqli hissə izlədik. Oyunçular sona kimi mübarizə apardılar. Bəzi komponentlərdə oyunumuz alınmasa da, sonda qələbə qazana bildik. Ayxan Abbasovu da yaxşı komanda yaratdığına görə təbrik edirəm.

 

- Mahir Mədətov qol vurduqdan sonra Rəşad Sadıqov ona nə isə dedi...

- Mahirin “sarı”sı var idi. Buna görə, Rəşad ona diqqətli olmağı məsləhət bildi.

 

- Ansi Aqollinin zədəsi nə yerdədir?

- Onun zədəsi ciddi deyil. Ancaq tam olaraq vəziyyətinə sabah aydınlıq gələcək.

 

- Riçard Almeydanın əvəzlənməsi nə ilə bağlı idi?

- Onun da yüngül zədəsi var idi. Buna görə onu əvəzləmək qərarına gəldim.

 

- “Çelsi” ilə oyundan sonra hamı qapıda Kanibolotskinin yer alacağını gözləyirdi. Lakin siz Şahruddin Məhəmmədəliyevə şans verdiniz...

- İstədim ki, heyətdə əlavə bir yerli futbolçu olsun. Belədə, oyun zamanı bu barədə çətinliklə üzləşməyək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!