Modern.az

Yevlax sakini ov zamanı güllələndi

Yevlax sakini ov zamanı güllələndi

Aktual

26 Noyabr 2017, 22:19

Yevlaxda ov zamanı bədbəxt hadisə baş verib. Modern.az "Report”a istinadən xəbər verir ki, rayonun Varvara kəndi ərazisində ova çıxmış 1994-cü il təvəllüdlü yerli sakin Fəxri Talışzadə tüfəngdən açılan atəş nəticəsində güllə yarası alıb.

 

Yaralı təcili xəstəxanaya çatdırılıb. Əməliyyat olunmuş gəncin durumu hazırda kafi olaraq dəyərləndirilir.

 

Fəxri Talşzadənin ehtiyatsızlığı səbəbindən özünə atəş açdığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?