İstanbulun Atatürk hava limanında bomba həyəcanı yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanında sahibsiz çamadan tapılıb.
Məlumata görə, bomba olması ehtimalı səbəbilə çamadanın olduğu ərazi polis tərəfindən boşaldılıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Xüsusi geyimli bomba məhvetmə mütəxəssisləri tərəfindən çamadan partladılıb. Lakin çemodandan şübhəli heç nə çıxmayıb.