Modern.az

İraqdan Kərkük nefti üçün Türkiyəyə yeni boru xətti

İraqdan Kərkük nefti üçün Türkiyəyə yeni boru xətti

Dünya

27 Noyabr 2017, 11:26

Bağdad rəhbərliyi Baiji şəhəri yaxınlarından başlayıb Türkiyə ilə sərhəd olan Fiş Habur bölgəsinə qədər uzanacaq yeni boru kəmərinin Kərkük-Ceyhan xəttinin köhnəlmiş vəziyyətdəki qisminin yerini alacağını qeyd edib.

 

 Modern.az xəbər verir ki, Kərkük-Ceyhan boru kəmərinin yer aldığı regionun 2014-ci ildə İŞİD terrorçuları tərəfindən ələ keçirilməsinin ardından İraq bu xətt vasitəsilə neft ixracını dayandırmışdı. Bu region artıq ABŞ-ın dəstəklədiyi Bağdad hökumətinə bağlı təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb.

 

Açıqlamada neft naziri Cabar əl Luabinin yeni neft kəməri layihəsini icra edəcək şirkətlərdən təkliflərin alınması barədə göstəriş verdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU