Modern.az

Həbsdə olan iş adamı məhkəmə önünə çıxarılır

Həbsdə olan iş adamı məhkəmə önünə çıxarılır

Dünya

27 Noyabr 2017, 21:28

ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrab və Türkiyənin “Xalqbank”nın direktor müavini Məhməd Hakan Atilla haqqında yeni məlumat yayılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu həftə Rza Zərrab məhkəmə önünə çıxarılacaq.

 

Məlumata görə, Məhməd Hakan Atilla isə təkbaşına mühakimə ediləcək.

 

Qeyd edək ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.

M.H.Atilla da həmçinin İrana tətbiq olunan sanksiyaları pozmaqda ittiham edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU