Çində iki yük gəmisi toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Quandun vilayətinin sahil sularında baş verib.
Məlumata görə, 2 yük gəmisinin toqquşması nəticəsində yaranan qəzada 12 nəfər ekipaj üzvü itkin düşüb.
Məlumata görə, 5 min ton qum daşıyan gəmi təxminən bir o qədər də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra batıb. Batan gəmidən 2 ekipaj üzvü, habelə digər gəmidən 11 nəfər xilas edilib.
Hazırda itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir helikopter və bir neçə digər növ gəmi cəlb olunub.