Modern.az

Azərbaycanda siqaret çəkilən yerləri müəssisə sahibləri müəyyənləşdirəcək

Azərbaycanda siqaret çəkilən yerləri müəssisə sahibləri müəyyənləşdirəcək

Aktual

28 Noyabr 2017, 11:00

Azərbaycanda siqaret çəkilməsinə  görə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına verilir.

Modern.az-ın məlumatına görə, bu barədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində qeyd edilib.

Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq, xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq.

Qeyd edək ki, ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin  3-cü oxunuşda Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirə ediləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?