Modern.az

“Məşğulluq haqqında” qanunu pozanlar cinayət məsuliyyəti daşıyacaqlar  

“Məşğulluq haqqında” qanunu pozanlar cinayət məsuliyyəti daşıyacaqlar   

Aktual

28 Noyabr 2017, 12:17

“Məşğulluq haqqında” qanunun tələblərini pozan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Modern.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd  təqdim edilib.


Belə ki, “Məşğulluq haqqında” qanunun 29.2-ci müddəasının yeni redaksiyasında bildirilir ki, qanun pozuntularında təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Hazırki qanunvericiliyə görə,  7.2-ci maddənin (Qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsinə yol verilmir)  tələblərinin pozulmasında təqsirkar olan şəxslər, habelə bu Qanunun 17.2-ci (işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə azı 2 ay əvvəlcədən müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat verməlidirlər), 17.3-cü (işəgötürənlər boş iş yeri (vakansiya) yarandığı gündən ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər) , 17.4-cü (işəgötürənlər müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməlidirlər), 17.8-ci ( müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər, həmin şəxsləri işlə təmin etmədikləri aylar üzrə hər iş yeri üçün - dövlət büdcəsinə respublika üzrə orta aylıq əmək haqqının üç misli məbləğində vəsait köçürməlidirlər) və 17.9-cu maddələrinin (Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri, beynəlxalq təşkilatlar, eləcə də vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən işəgötürənlər özlərinin işçi qüvvəsinə olan tələbatını (rəhbər və mütəxəssis vəzifələri də daxil olmaqla) ilk növbədə yerli kadrlardan istifadə etməklə və onların hazırlanması vasitəsi ilə ödəməlidirlər)  pozulmasında təqsirkar olan vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

 

 Qeyd edək ki, qüvvədə olan variantda cinayət məsuliyyəti nəzərdə tutulmurdu.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?