Modern.az

Taxıl məhsullarının keyfiyyətilə bağlı qadağa ləğv olunur  

Taxıl məhsullarının keyfiyyətilə bağlı qadağa ləğv olunur   

Aktual

28 Noyabr 2017, 12:29

Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanununda dəyişiklik edilir.

Belə ki, qanunun 15-ci (Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti) maddəsindən 15.3.5-ci bəndi çıxarılır.

Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edir.

Parlamentin Aqrar siyasət komitəsinin iclasında bu qadağanın götürülməsi deputatlar tərəfindən müsbət qarşılanıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?