Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlanıb. Modern.az saytının Milli Məclisdə olan əməkdaşının verdiyi məlumata görə, spiker Oqtay Əsədov bildirib ki, son iclasın gündəliyinə 21 qanun layihəsi çıxarılıb.
Milli Məclisin sədri son iclas olduğu üçün qanun layihələrinin müzakrəsi üçün iclasın faziləsiz keçirlməsini təklif edib.
Deputatlar bu təklifi qəbul ediblər. İlk olaraq “İnsan Hüqüqları üzrə Müvəkkil (Ombudsman) haqqında” Konstitusiya qanununa əlavə dəyişikliklər edilməsi barədə Konstitusiya qanunu müzakirə edilib.
Bu qanun İnformasiya ombudsmanı səlahiyyətlərinin müvəkkilə verilməsini təmin edir. Yeni dəyişikliyə görə, Ombudsman həmçinin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrinin yerinə yetirilməsinə nəzarət edəcək. Qanuna dəyişiklik qəbul edilib.
Modern.az