Modern.az

Azərbaycanda saxlanılan 2 erməni diversantla bağlı rəsmi AÇIQLAMA

Azərbaycanda saxlanılan 2 erməni diversantla bağlı rəsmi AÇIQLAMA

Aktual

28 Noyabr 2017, 13:13

"Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki o şəxs məhkəmənin qərarı ilə həbs olunub".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.


Qurum rəsmisi bildirib ki , digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür.


"Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?