Modern.az

Gülər Əhmədova: “Bələdiyyələr niyə torpaq hərracları keçirmir..?”

Gülər Əhmədova: “Bələdiyyələr niyə torpaq hərracları keçirmir..?”

24 İyun 2011, 13:25

Milli Məclisin bugünkü növbədənkənar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Gülər Əhmədova yerli bələdiyyələrin fəaliyyətindən narazılıq edib.
Modern.az bildirir ki, deputat bələdiyyələrdə torpaq hərraclarının keçirilməməsini tənqid edərək bunun müvafiq qanunvericiliyə zidd olduğunu vurğulayıb.
“Rayonlarda bələdiyyələr torpaq satışı üçün nəzərdə tutulmuş hərracları keçirmirlər. Bu hərraclar dayandırılıb. Bu isə mənfi haldır. Bizə bununla bağlı xeyli məktublar gəlib. Əhali narahatdır”. Deputat  bu məsələnin araşdırılmasını istəyib.

“50-60 il bir evdə yaşayan adama qeydiyyatla bağlı problem yaradılır. Vətəndaş torpağı hərraca çıxararaq sata bilmir”-deyən G.Əhmədova məsələnin həllinin vacib olduğunu deyib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj