Modern.az

Zakir Həsənov cəbhədə raketlərin döyüşə hazırlığını yoxladı - FOTOLAR

Zakir Həsənov cəbhədə raketlərin döyüşə hazırlığını yoxladı - FOTOLAR

29 Noyabr 2017, 11:08

Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Məlumatda bildirilib ki, müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.

 

Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?