"İran və Rusiya Qərb cəmiyyətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları Türkiyəyə verə bilməyəcək".
Modern.az xəbər verir ki, bu sözləri Vaşinqtondakı Vilson Mərkəzi adlı düşüncə mərkəzində keçirilən konfransda ABŞ dövlət katibi Reks Tillerson deyib. O, ABŞ-ın beynəlxalq siyasəti, Türkiyə-Amerika münasibətləri ilə bağlı fikirlərini səsləndirib:
“Türkiyə önəmli bir NATO müttəfiqidir. Bir NATO müttəfiqimiz olaraq Türkiyədən ittifaqın birgə müdafiəsinə üstünlük verməsini istəyirik. İran və Rusiya Qərb cəmiyyətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları Türk cəmiyyətinə suna bilməz".