Modern.az

Ermənilərin başına 100 min rubl pul qoyduğu Milli QƏHRƏMAN

Ermənilərin başına 100 min rubl pul qoyduğu Milli QƏHRƏMAN

Aktual

29 Noyabr 2017, 12:07

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür. Modern.az-ın məlumatına görə, Yuri Petroviç Kovalyov 1965-ci il noyabrın 29-da Göyçay rayonunda anadan olub, sonra ailəsi ilə birlikdə Krasnodara, daha sonra isə Bakıya köçüb. O, 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə sücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar.

1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.            

Allah rəhmət eləsin..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?