Modern.az

Azərbaycan çempionatında kütləvi saxtakarlıq

Azərbaycan çempionatında kütləvi saxtakarlıq

Aktual

29 Noyabr 2017, 13:21

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb.

 Bu barədə AFFA-–dan Modern.az-a məlumat verilib.

Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib.

Bundan başqa, U-16 qızlar Liqasında UGİM (Naftalan) – “Əhmədli Yunayted”, U-13 qızlar Liqasında “Qusar” – “Təhsil” FM oyununda qonaqlar, “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə), “Qubek” (Balakən) – “Dinamo” (Baləkən), UGİM (Şəki) – UGİM (Qax) matçlarında meydan sahibləri, “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) qarşılaşmasında isə hər iki komanda yaş limitini pozub.

 

İntizam Komitəsi saxtakarlığa yol verən bütün klublara 0:3 hesablı texniki məğlubiyyət verib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?