Modern.az

3 saylı İstintaq təcridxanasına yeni rəis gətirildi  

3 saylı İstintaq təcridxanasına yeni rəis gətirildi   

Aktual

29 Noyabr 2017, 15:10

3 saylı İstintaq təcridxanasına yeni kadr təyinatı olub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun imzaladığı əmrlə 17 saylı Cəza Çəkmə Müəssisəsinin rəisi Əliyev Cəlil Misir oğlu 3 saylı İstintaq Təcridxanasına rəis gətirilib.

 

Qeyd edək ki, dünən Bakı istintaq təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Onun yerinə 3 saylı istintaq idarəsinin rəisi Elnur İsmayılov təyin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?