Modern.az

DİN: "Bakı Şəhər Polis Qarnizonu hərbi paradla əlaqədar səfərbər olacaq"

DİN: "Bakı Şəhər Polis Qarnizonu hərbi paradla əlaqədar səfərbər olacaq"

24 İyun 2011, 15:57

26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı Bakıda keçiriləcək hərbi parada hazırlıq işləri sona çatmaq üzrədir. Bir neçə gündür Azadlıq meydanında parada hazırlıqla əlaqədar müxtəlif təyinatlı hərbi texnika və qoşun növləri təlim məşqi keçir, hərbi aviasiya nümunəvi uçuşlar edir.

“İyunun 26-da paytaxtda təşkil olunacaq hərbi parada toplaşacaq vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Bakı Şəhər Polis Qarnizonun əməkdaşları işə cəlb olunacaq”.
Bu barədə Modern.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə 26 iyunda polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq.
“İnsanlar milli ordunun kecidini izləyəcəklər. Ona görə də Bakı Şəhər Polis Qarnizonunun əməkdaşları təhlükəsizlik işinə cəlb ediləcək, insanların təhlükəsizliyininin təmin olunması məqsədilə polis qüvvələri səfərbər olacaq”-deyə E.Zahidov bildirib.

26 iyunda baş tutacaq hərbi paradın vətəndaşlara açıq olub-olmamasına gəlincə, Müdafiə Nazirliyindən bununla bağlı sualımıza cavab ala bilmədik.    

Qeyd edək ki, bu gün Milli Məclisdə deputatlara iyunun 26-da Azadlıq meydanında keçiriləcək paradda tamaşaçı kimi iştirak etmələri üçün xüsusi vəsiqələr paylanıb.

Hərbi paradla bağlı Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdılrılıb.

İyunun 26-da  Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 93 ili tamam olur. Azərbaycanda 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi 1998-ci ildən başlayaraq qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə paytaxtda indiyə qədər cəmi iki parad keçirilib. 1992-ci ildə keçirilən əsgəri rəsmi keçid Qarabağ müharibəsinin ən ağır vaxtlarında təşkil edilib.
26 iyunda baş tutan ikinci hərbi parad 2008-ci ildə təşkil olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir