Kreml sözcüsü Dmitri Peskov Pxenyan hakimiyyətinin bu gün gerçəkləşdirdiyi qitələrarsı ballistik raket sınağından danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Peskov Şimali Koreya hakimiyyətinin raket sınağını qınadıqlarını deyib:
“Şimali Koreyanın raket sınağı səbəbilə vəziyyətin daha da pisləşməməsi üçün bütün tərəflərə ortaq məxrəcə gəlmələri üçün müraciət edirik” – deyən Peskov Şimali Koreya hakimiyyətinin atdığı addımların problemin həllini gecikdirdiyini vurğulayıb.
Qeyd edək ki, Şimali Koreya yeli saatla 02:48-də yeni nəsil qitələrarası ballistik raket sınağı keçirdiyini açıqlayıb. Raket havaya qalxdıqdan sonra Yapon Dənizinə düşüb.