Modern.az

Türkiyə 80-dən çox terrorçunu məhv etdi

Türkiyə 80-dən çox terrorçunu məhv etdi

Dünya

29 Noyabr 2017, 20:41

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında PKK terror təşkilatının mövqelərinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.

 

Məlumata görə, Asos bölgəsində baş tutan əməliyyat nəticəsində 80-dən çox terrorçu məhv edilib. Həmçinin, terrorçulara məxsus silah anbarı və iki ədəd zirehli texnika məhv edilib.

 

Yaralanan terrorçuların sayı çox olduğu üçün ölənlərin artacağı istisna edilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU