Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın iclasında apellyasiya məhkəməsi tərəfindən hökm elan edildikdən sonra zəhər içən xorvatiyalı general Slobodan Pralyak öldü.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Haaqa tribunalında sabiq generalın içdiyi zəhər həqiqi olub. O, onun barəsində çıxarılan son hökmü öyrəndikdən sonra ölüb.
Qeyd edək ki, Slobodan Pralyak barədə 20 il azadlıqdan məhrum edilmə qərarı çıxarılmışdı. O, Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlərdə günahlandırılırdı.
15:23
Haaqa Tribunalında keçmiş Yuqoslaviya üzrə keçirilən məhkəmə prosesində qalmaqal yaşanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvat general Slobodan Pralyak apellyasiya məhkəməsinin hökmündən sonra zəhər içib.
20 illik həbs cəzasının dəyişməz qaldığını eşidən keçmiş general “Zəhər içirəm” deyərək içində zəhər olan stəkanı başına çəkib.
O, “mən hərbi cinayətkar deyiləm” qışqırıb.
Daha öncə hakimlər Bosniya xorvat qüvvələrinin keçmiş komandiri Praljakın 20 illik, Bosniyanın keçmiş xorvat lideri Jadranko Prlicə 25 illik həbs cəzasını qüvvədə saxlayıb.
Hər ikisi Bosniya müharibəsində törədilmiş cinayətlərdə təqsirli bilinib. Bu, BMT tribunalının Yuqoslaviynın parçalanması zamanı törədilmiş hərbi cinayətlərlə bağlı son hökmüdür.
2013-cü ildə Pralyak Bosniya və Hersoqovinadakı vətəndaş müharibəsində törətdiyi cinayətlərə görə 20 il həbs cəzası almışdı.