Modern.az

İspaniya polisi 120 milyon avroluq heroin müsadirə etdi

İspaniya polisi 120 milyon avroluq heroin müsadirə etdi

Dünya

30 Noyabr 2017, 00:33

İspaniya polisi “qara bazar”da qiyməti 120 milyon avro təşkil edən heroin partiyası müsadirə edib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bəyan edib.

 

Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıqdır. Bu, İspaniyaya müsadirə edilən ən iri heroin yüküdür.

 

“Mundo” qəzetinə görə, narkotik vasitələr Barselona limanında konteynerlərdə saxlanılan sement kisələrdə gizlədilib. Faktla bağlı saxlanılanların olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU