Modern.az

Məmmədyarovla Nalbandyan dekabrın 6-da görüşəcək

Məmmədyarovla Nalbandyan dekabrın 6-da görüşəcək

30 Noyabr 2017, 13:35

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün vaxtı açıqlanıb.

 

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib ki, görüş dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

 

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?