Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağla bağlı bəyanat verəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hərbi alyansın Minskdə keçirilən iclasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Rəsmi Yerevanın hazırladığı bəyanatın mətni açıqlanmasa da, Nalbandyan bu bəyanatı bütün üzv ölkələrin qəbul etməsini vacib sayıb.
Xatırladaq ki, KTM-nın Baş katibi Ermənistanın keçmiş Baş qərargah rəisi Yuri Xaçaturovdur.