Modern.az

OPEK ölkələri hasilatın məhdudlaşdırılması sazişini uzatmağa razı oldular

OPEK ölkələri hasilatın məhdudlaşdırılması sazişini uzatmağa razı oldular

Aktual

30 Noyabr 2017, 16:52

OPEK ölkələri neft hasilatının məhdudlaşdırılması haqqında sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması ilə bağlı razılığa gəliblər.

 

Trend-in məlumatına görə, sazişin nəticələri gələn ilin ortalarında təhlil olunacaq.

 

Bu gün Vyanada adıçəkilən sazişə imza atan OPEK-ə üzv olan və kartelə daxil olmayan 24 ölkənin neft və energetika nazirlərinin görüşü keçirilir.

 

Qeyd edək ki, bundan əvvəl neft hasilatının məhdudlaşdırılması haqqında razılaşmanın müddəti 2018-ci il martın sonunadək uzadılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?