Modern.az

30-a yaxın gənc Cocuq Mərcanlıda – FOTOLAR  

30-a yaxın gənc Cocuq Mərcanlıda – FOTOLAR   

Aktual

30 Noyabr 2017, 14:07

“İpək Yolu Qloballaşmaya Dəstək” İB Azərbaycan respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə “Aprel Qəhramanlaının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə həyata keçirib. Layihənin əsas məqsədi gənclərə aprel döyüşləri haqqında həqiqətlərin çatdırılması, aprel döyüşlərinin qəhrəmanlarının cəmiyyətdə tanıdılması, aprel döyüşçülərinin şücaətinin gənclər arasında təbliği və s. kimi istiqamətləri əhatə edən intellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.

 

Layihə çərçivəsində ayrı-ayrı universitetlərin tələbələri məlumatlandırılıb. Bir neçə universitetin gənclərindən ibarət 20-dən artıq komanda müəyyənləşdirilərək intellektual yarışa cəlb edilib. Yarış 25 noyabr tarixində Bakı şəhərində keçirilib. Tədbiri giriş sözü ilə açan “İpək Yolu Qloballaşmaya Dəstək” İB-nin sədri Aqil Əsədov 2016-cı ilin aprel ayında ordumuzun əsgər və zabitlərinin qəhramanlıqları, onların düşmən üzərində sarsıdıcı qələbəsindən söhbət açıb. Gənclərimizin bu tarixi qələbənin qazanılmasında canını qurban vermiş igidlərimizi daim xatırlamağa onların döyüş yolunu örnək seçməyə və təbliğ etməyə çağırıb.

 

Tədbirdə iştirak edən gənclər də öz növbəsində şəhidlərimizin qəhramanlıqlarından danışıblar.

 

Daha sonra intellektual yarış keçirilib, qalib komandalar mükafatlandırılıb. İştirakçılara sertifikatlar verilib.

 

Növbəti mərhələdə qalib komandaların üzvləri və yarışmada aktiv  iştirak edən ümumilikdə 30-a yaxın gəncin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. Layihə iştirakçıları Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Daha sonra iştirakçılar Cocuq Mərcanlı kəndində yeni tikilmiş məktəbdə müəllim, şagird və kənd camaatı ilə görüşüblər. Görüşdə ordumuzun qəhramanlıqlarından kəndin erməni nəzarətindən azad edilməsindən geniş söhbət açılıb. Sakinlər kənd azad edildikdən sonra Cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, məktəb, məscid və onlarla inzibati binalar tikildiyini geniş infrastruktur yaradıldığını, iş yerləri açıldığını və bu prosesin sürətlə davam etdiyini diqqətə çatdırıb, minnətdarlıqlarını bildiriblər. Daha sonra gənclər Cocuq Mərcanlı kəndində görülən işlərlə yaxından tanış olublar. Layihə uğurla başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?