Modern.az

Azərbaycanın Fransadakı səfirindən sərt AÇIQLAMALAR - MÜSAHİBƏ

Azərbaycanın Fransadakı səfirindən sərt AÇIQLAMALAR - MÜSAHİBƏ

Aktual

30 Noyabr 2017, 17:31

Azərbaycanın Fransadakı yeni səfiri Rəhman Mustafayev bu ölkənin aparıcı media quruluşu olan "Opinion Internationale”a müsahibə verib.

 

Müsahibədə ikitərəfli əlaqələr, Avropa ilə əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, Elis Lüseyə qarşı Azərbaycanın məhkəmə iddiası, islamçı terror təşkilatlarına qarşı mübarizə , Paris həyatı və s məsələlər ətrafında maraqlı söhbətlər aparılıb.

 

Modern.az xəbər verir ki, sherg.az  müsahibənin ictimai - siyasi əhəmiyyətini nəzərə alaraq onu fransızcadan tərcümə edib oxuculara təqdim edib.

 

- Cənab səfir, etimad məktubunuzu bu ilin oktyabrın 13 –də Fransa prezidenti Emmanüel Makrona təqdim etmisiniz. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan sentyabr ayında Bakıda səfərdə oldu. Bundan başqa Fransa və Azərbaycan parlamentlərarası dostluq qrupunun prezidenti Pyer Alən Rafan da 15 gün əvvəl Bakıda idi. Bu səfərlər fonunda Fransa və Azərbaycan arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

 

- Öncə onu qeyd edim ki, bu səfərlər ikitərəfli münasibətlərin inkişafı üçün çox önəmli idi. Çünki bunlar bizim Fransanın yeni administrasiyası və parlament təmsilçiləri ilə ilk əlaqələrimizdir. İki tərəfli əlaqələrin inkişafı hər iki ölkə üçün prioritetdir. Xəzərin dərinliklərindən kosmosa uzanan əməkdaşlığın yeni sahifələrinin açılması Bakıdakı danışıqlarının əsas nəticəsidir. Aydın şəkildə anlayırıq ki, siyasi plan üzrə beynəlxalq və regional məslələrlə bağlı əməkdaşlıq və dialoqu davam etdirmək çox vacibdir. Paris də Azərbaycanın müstəqil xarakterə söykənən çoxvektorlu siyasətini yüksək qiymətləndirir. Xüsusilə, dünyanın əsas oyunçuları ilə balanslı əlaqələrin yaradılması regionda sabitləşməyə xidmət göstərir. İqtisadi sahədə isə ölkələrimiz bir-birinə geniş əməkdaşlıq və layihələrlə bağlıdırlar. Deyim ki, regionda Azərbaycan Fransanın yeganə ticari partnyorudur. 2015-2017-ci illərdə 800-dən çox fransız şirkətinin məhsulları Azərbaycana ixrac edilib. Hazırda da Total, Alstom, Suez, Cifal, Thales və s. kimi böyük şirkətlərlə yeni layihələr müzakirə olunur. 

 

Hətta biz Fransa şirkətlərinə Azərbaycanın Şimalla - Cənub, Avropa ilə Asiya arasında körpü rolunu oynayan yeni logistik imkanlarından maksimum faydalanmağı təklif etməyə hazırıq. Bu yaxınlarda istismara verilən Bakı-Tbilisi-Qars dəmiryol dəhlizi Fransa daxil olmaq bir sıra Avropa ölkələri qarşısında böyük perspektivlər açır. Çin və Mərkəzi Asiya ilə ticari əlaqələrin inkişafı üçün bu layihə çox mühümdür. Fransız şirkətlər, həmçinin Bakı və digər qonşu ölkələrdə öz məhsullarının istehsalını, paylanmasını təşkil etmək üçün Bakının sərbəst zonalarında müəyyən üstünlüklərdən istifadə edə bilərlər. Bu baxımdan fransız iş adamlarının diqqətini Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsinə yönəltmək istərdim ki, bu da artıq ÜDM-nin 62% -ni təşkil edir. Biz Fransa şirkətlərinin maraqlı olduğu iqtisadiyyat sektorlarını inkişaf etdiririk. Buna görə Fransa ilə ticarət mübadiləsi iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün çox yaxşı bir əsasdır. Maliyyə sektoru da çox ümidvericidir : Azərbaycan Fransa maliyyə bazarına 2,4 milyard dollardan artıq sərmayə qoyub və yaradılmış şərait əlverişli olduqda bu məbləğ qaldırıla bilər. Bununla əlaqədar, dünya Bankının "Doing Business-2018"təşkilatı hesabatında, Azərbaycanın yeni iqtisadiyyat qurma səylərini yüksək qiymətləndirib. Azərbaycan bir neçə göstəriciyə görə, sıralamada öz yerini möhkəmləndirib. Hətta həmin sıralamada bir neçə inkişaf etmiş ölkənin, o cümlədən Fransanın az qala qarşısında dayanır. İnvestorların qorunması baxımından Azərbaycan biznes müəssələrinin yaradılması üçün 10-cu və 18-ci yerləri bölşür. "Mülkiyyətin ötürülməsi" üçün 21-ci, "vergilərin ödənilməsi" üçün 35-ci, "müqavilələrin icrası" üçün 38-ci yerdədir. 

 

Təhsil sahəsində Fransa-Azərbaycan Universitetinin (UFAZ ) açılması, Fransa - Azərbaycan təhsil nazirlikləri və xüsusilə də Strasburq Universiteti arasında səmərəli tərəfdaşlıq meylini də vurğulaya bilərəm. Üç il ərzində bu universitetin dörd fakültəsi, 600-dən çox azərbaycanlı tələbəni qəbul edəcəkdir. Onlar Fransanın əsas elmi mərkəzlərindən biri olan Strasburq Universitetindən dərəcə alacaqlar. Əminəm ki, UFAZ təkcə Azərbaycanda deyil, eyni zamanda regionda Fransa formasiyasına dair standartları yayacaq yeni və nüfuzlu təhsil mərkəzinə çevriləcək. Qeyd etmək lazımdır ki, bu, yeni nəsil universitetdir.

Onun tədris proqramı təhsil, elm və iqtisadiyyatı birləşdirən, Azərbaycanda fransız şirkətlər üçün əlavə imkanlar yaradan çoxintizamlı təlimlər üçün nəzərdə tutulub.

 

- Ötən ilin fevralında Avropa İttifaqı ilə Azərbaycan arasında yeni bir saziş üçün müzakirələr başladı. Sizin üçün əsas məsələlər hansılardır və Fransadan hansı dəstəyi gözləyirsiniz?

 

Avropaya meyllənməyimiz təbii və ənənəvidir. Xatırladım ki, Avropa və Avropa dəyərlərinə yönəlik ilk addımlarımız 1918-ci ilin mayında - Şərqdə Birinci Parlamentli Respublika elan edilən ilk Azərbaycan Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) daxili və xarici siyasətinin əsasını təşkil edib və hələ də mövcuddur. Önümüzdəki il Cümhuriyyətin yüz illiyini qeyd edəcəyik. Buna görə imzalanacaq olan yeni Avropa İttifaqı-Azərbaycan müqaviləsi ölkəmizin balanslı xarici siyasətində kompleks geosiyasi şərtlərlə üzləşdiyi mühüm elementdir. Eyni zamanda bu , siyasi, sosial və iqtisadi sahələrdə islahatların gücləndirilməsi, Azərbaycan vətəndaşlarının həyat səviyyəsini yüksəltmək və nəticədə Avropa standartlarına uyğunlaşdırmaq üçün əsasdır. Qeyd etmək lazımdır ki, Bakı ilə Avropanın tərəfdaşlığı ölkəmiz üçün deyil, eyni zamanda Avropa İttifaqı (Aİ) üçün də vacibdir. Azərbaycan dünyəvi müsəlman ölkədir, Avropa - Asiya, Avropa - İslam dünyası arasında dialoq və əməkdaşlığın aktiv körpüsüdür. Bütün bölgə üçün sabitlik və təhlükəsizliyin bir faktorudur ki, bu hal da dini fanatizm və ekstremizmin zəiflədilməsinə gətirib çıxarır. Girişdə qeyd etdiyimiz kimi, bu da inkişafın bir amilidir, çünki Bakı bu gün qitələri birləşdirən, Asiya, Qafqaz və Avropa ölkələrində minlərlə iş yeri yaradan layihələr həyata keçirir. Beləliklə, hesab edirik ki, Azərbaycanın bu strateji rolu Aİ -də əsas siyasi və iqtisadi tərəfdaşımız olan Fransa tərəfindən anlayışla qarşılanacaq. Və bunu Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində Fransanın ölkəmizə göstərdiyi fəal dəstək kimi qiymətləndiririk.

 

-Azərbaycan Prezidenti İlham Əliyev sizə Parisdə xüsusi bir missiya üçünmü etimad göstərib ?

 

-Səfirlərin həmişə yalnız bir missiyası olur: İkitərəfli əlaqələri inkişaf etdirmək, ölkələri və xalqları bir araya gətirmək. Azərbaycan və Fransa qlobal siyasətdə və iqtisadiyyatda əhəmiyyətli dərəcədə fərqlənirlər. Ancaq bunların ümumi xüsusiyyətləri də var. Bura müxtəliflik, mədəniyyətlərin dialoqu , tolerantlıq, ənənələrin və modernizmin sintezi kimi nəsnələr daxildir. Bizim cəmiyyətlər çoxmədəniyyətlidir. Qarşılıqlı əməkdaşlıq, fikir və bilik mübadiləsinə açıqdırlar. Bu reallıq iqtisadiyyat, elm, mədəniyyət və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın Parisdəki səfiri olaraq əsas məqsədim bu ölkələr arasındakı münasibətləri yüksək səviyyəyə qldırmaq olacaq.

 

-Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupu bu gün hansı işləri görür ?

 

ATƏT-in Minsk Qrupunun "səyləri” optimist olmağıma əsas vermir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə, əsas beynəlxalq təşkilatların bir çox qətnamələrinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına baxmayaraq Azərbaycan əraziləri Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normalarının pozulması regional təhlükəsizlik və sabitlik üçün təhlükəli presedent yaradır. Mənə elə gəlir ki, Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normalarına riayət edilməsi işində kifayət qədər sərt və tələbkar deyil. 1993-cü il 23 mart tarixli referendum qaydalarına əsasən, həmsədrlər ATƏT-in prinsipləri və standartları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qərarlarında öz fəaliyyətlərində rəhbər olmalıdırlar.

 

Diplomatımız həmin prinsipləri xatırladır :

 

Birincisi, Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. İkincisi, Ermənistan qoşunların işğal olunmuş Azərbaycan torpaqlarından təcili, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır. Üçüncüsü, Azərbaycanın işğal olunmuş ərazilərindən qovulmuş əhali öz-yurd yuvarına qayıtmalıdırlar. Dördüncüsü isə Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməli, eyni zamanda erməni və azərbaycanlı icmaların təhlükəsizliyinə və inkişafına bərabər hüquq verilməlidir.

 

Biz Minsk Qrupunun bu prinsipləri yerinə yetirməsini gözləyirik. Bunlar bizim mövqeyimizin təməlini təşkil edir və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Azərbaycan bir qarış torpağını belə güzəştə getmyəcək.

 

- Lakin xalqların öz müqəddəratını təyin etmək hüququ da var axı?

 

Millətlərin öz müqəddəratını təyin etmək hüququna gəldikdə qeyd edim ki, beynəlxalq hüquq bu prinsipin suveren dövlətlərin birliyini və ərazi bütövlüyünü pozmaq üçün istifadə edilməsinə icazə vermir. Bundan əlavə bu prinsipin tətbiqi etnik deportasiya və təmizlənmə ilə ziddiyyət təşkil edir.

 

Yada salmaq istərdim ki, 1987-1988-ci illərə qədər Ermənistan tərəfi bu prinsipdən söhbət açmırdı. Ermənistanda ata-baba evlərində yaşayan 250.000 azərbaycanlı bu ölkədən qovulub. Bundan sonra 1992-1993-cü illərdə erməni silahlı qüvvələri Dağlıq Qarabağdan 45 min azərbaycanlını, yəni bu bölgə əhalisinin 24% -ni, Dağlıq Qarabağ və 7 ətraf rayondan 700 mindən çox azərbaycanlını qovdu.

Ona görə, mən xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipinin Ermənistan üçün az maraqlı olduğu qənaətindəyəm.

 

Bəlkə siz bilmirsiniz, amma bu gün İranda 20 milyondan çox, Gürcüstanda təxminən 200 min, Rusiyada bir milyondan çox, Türkiyədə isə 2 milyondan çox azərbaycanlı yaşayır.

Deməli, belə çıxır ki, həmin azərbaycanlılar yaşadıqları ölkələrdə « Böyük Azərbaycan" ın yaradılmasını tələb etməlidirlər və bununla da iddia etməldirlər ki, biz həmin ölkədə « Böyük Azərbaycan » yaratmaqla öz müqqədəratımızı təyin edirik ? ! Mən belə düşünmürəm.

 

- Son günlərdə Azərbaycanın fransız jurnalist Elise Luceyə qarşı məhkəmə iddiası da müakirə mövzusudur....

 

Biz konstruktiv və qanuni tənqidlərə açığıq, ancaq məqsədli və eyni zamanda zərərli olan böhtan xarakterli kampaniyalara qarşıyıq.

Azərbaycana və onun liderinə qarşı hücumlar, ölkəmizlə bağlı həqiqətə uyğun olmayan, mənfi ruhlu dezinformasiyaların yayılması və Fransadakı dostlarımıza qarşı kütləvi hücumların mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycanın Fransadakı mövqelərinin zəiflədilməsinə yönəlmiş informasiya təxribatıdır. Təəssüf ki, obyektivliyi ilə tanınan bəzi Fransız mətbuat orqanları da bu kamapniyanın iştirakçısına çevrildilər.

Sualınıza cavab olaraq xatırlatmaq istərdim ki, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 500-dən çox media quruluşu fəaliyyət göstərir. 200-dən çox gündəlik, həftəlik və aylıq qəzet, təxminən 20 xəbər agentliyi, yüzə yaxın qəzet və xəbər saytları var. Milli, beynəlxalq xəbərlər yayan və sərbəst fəaliyyət göstərən müxalif media orqanları da mövcudur. Azərbaycan Qafqazda internet azadlığına və internetdən sərbəst istifadəyə görə, birinci sırada yer alır. Azərbaycanda internetdən istifadə edənlərin sayı 8 milyona çatır ki, bu da ölkə əhalisinin 80 faizi deməkdir.

 

- Bütün dünyanın qapısını döyən radikal islamçılığın genişlənməsinə dair nə düşünürsünüz?

 

- Anlamalıyıq ki, yanlış İslam nəzəriyyələrini əks etdirən terrorizmlə mübarizə çox mürəkkəb və çoxtərəfli bir prosesdir. Ekstremizm daha çox regional münaqişələrin davam etdiyi, müsəlman icmalarının təhlükəsizliyinin təmin olunmadığı, sosial, iqtisadi və siyasi problemlərin mövcud olduğu yerdə və terrorla mübarizə tədbirlərini prioritet hesab etməyən ölkələrdə kök atıb, yayılır.

Bu səbəbdən beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın səyləri yalnız münaqişə zonalarında sülhməramlı qüvvələrə qoşulma deyil, eyni zamanda Asiya və Afrikadan olan müsəlman ölkələrinə real yardım göstərmə prosesində aktiv iştirak etməkdir.

Əfqanıstanın polis və məhkəmə orqanlarının əməkdaşları üçün elektron hökumətin yaradılmasında mühüm rol oynayırıq. Afrikada müsəlman ölkələri əhalisinin ən kasıb təbəqələri üçün tibbi əməliyyatların maliyyələşdirilməsində mühüm və danılmaz xidmətlərimiz var. 2009-cu ildən 2016-cı ilədək Azərbaycan və İslam İnkişaf Bankı görmə qabiliyyətini itirmiş 56 min afrikalının görməsini bərpa etməyə kömək edən göz cərrahiyyə kampaniyasını maliyyələşdiriblər.

 

- Azərbaycan beynəlxalq terrorizmlə mübarizə aparan ölkələrlə əməkdaşlıq edirmi?

 

-Bir çoxları kimi, bizim də cəmiyyətimiz təbii ki, müxtəlif regional cərəyanlar tərəfindən təsirlənib və ekstremist qüvvələr tərəfindən işlənib. Amma onlar Azərbaycanda özlərinə yer tapa bilmirlər.

Azərbaycanın gücü və Fransa ilə oxşarlığı odur ki, Azərbayca dünyəvi dövlətin bir nümunəsidir, əhalisinin mütləq əksəriyyəti müsəlmandır, lakin əsasən, müxtəliflik və tolerantlıq, mədəniyyət və dinlərin qarşılıqlı əlaqəsi, iqtisadi islahatlar və ictimai-siyasi sabitlik təmin olunur. Ona görə ki, terrorizm və ekstremizm, fanatizm və radikalizmə qarşı ən yaxşı müdafiə məhz bu seçimdir. Hesab edirəm ki, ümumi prioritetimiz regionda təhlükəsizlik və sabitlik olsa , bu model diqqət və dəstəyə layiq olacaq.

 

- Şəxsi sual verəcəm. Bilirəm ki, siz əvvəllər Afinada səfir olmusunuz. Fransaya gəlişinizdən bəri paytaxt Parisdə özünüzü necə hiss edirsiniz ?

 

-Paris həmişə rəssamlar, şairlər, yazıçılar, siyasətçilər və diplomatlar üçün tükənməz bir ilham mənbəyidir. Həmçinin arzularıram ki, Parisdəki təyinatım canlı və unudulmaz təcrübələrlə dolu olsun.

 

Fransızcadan çevirdi : Ayyət ƏHMƏD

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?