OPEK-in yeni prezidenti Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Süheyl əl Məzrui olacaq. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə OPEK-in hazırkı prezidenti Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falix bildirib.
Süheyl əl Məzrui OPEK-in prezidenti vəzifəsini 2018-ci ilin yanvarın 1-dən icra etməyə başlayacaq.
Qeyd edək ki, OPEK neft hasilatının həcminin azaldılmasına dair razılaşmanın müddətini 9 ay artıraraq 2018-ci ilin sonunadək uzadıb.