Pakistanın Xeybər-Pahtunhva əyalətində yerləşən Pişəvar şəhərində Kənd Təsərrüfatı Universitetinin kampusuna hücum nəticəsində azı 9 nəfər ölüb, 37 nəfər yaralanıb.
Bu barədə Modern.az xarici KİV-lərə istinadən bildirir.
Məlumata görə, bu gün səhər saatlarında üzlərinə maska taxmış naməlum silahlı şəxslər universitet binasına daxil olaraq tələbələri atəşə tutublar.
Həmçinin onların tələbə yataqxanasına da hücum etdikləri bildirilir.
Polisin keçirdiyi əməliyyat nəticəsində hücum edənlərin hamısı öldürülüb.
Son məlumata əsasən, terror aktının məsuliyyətini Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Taliban” qruplaşması üzərinə götürüb.