Kürdəmirdə silahlı insident qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonu, Mollakənd kənd sakini yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürüb.