Modern.az

İşə rahat getmək üçün yol nişanlarını dəyişdi

İşə rahat getmək üçün yol nişanlarını dəyişdi

Dünya

1 Dekabr 2017, 12:26

Çinin şərqində yerləşən Lianyunqanq şəhərində hər gün işə gedərkən mindiyi avtobusun yolayrıcında gözləməsindən bezən bir adam, yol nişanlarını dəyişdirməyə çalışarkən təhlükəsizlik kameralarına yaxanalıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı polisə çağırılan Cai adlı şəxs “düz gedən avtomobillər çox gözləmək məcburiyyətindəydi. Sola dönüşdə yol hər zaman boş olurdu. Düşündüm ki, hərəkət istiqamətini dəyişsəm, işə rahat gedib-gələrəm” deyib.

 

 

Cai bu əməlinə görə 1000 Yuan (təxmini 150 dollar) cərimə olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU