Modern.az

Qadağan olunmuş informasiyaları yayan vəzifəlilər cərimələnəcək - Parlament TƏSDİQLƏDİ

Qadağan olunmuş informasiyaları yayan vəzifəlilər cərimələnəcək - Parlament TƏSDİQLƏDİ

1 Dekabr 2017, 12:59

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

 

Belə ki, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

 

Milli Məclisin iclasında qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?