Modern.az

Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatdı

Əfqanıstan prezidentinin Azərbaycana səfəri başa çatdı

1 Dekabr 2017, 15:32

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandaki və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər yola salıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI