Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclası 2018-ci ilin iyununda keçiriləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Məlumata görə OPEC Nazirlər Şurasının 174-cü iclası 2018-ci il iyunun 22-də Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək.
Qeyd edək ki, ötən gün Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC+ ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay - 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.