Modern.az

İki qadını vurub qaçan sürücü tutuldu  

İki qadını vurub qaçan sürücü tutuldu   

2 Dekabr 2017, 12:42

Noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və  Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər. 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102”  markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.


Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI