Modern.az

Ağstafada tapılan meyitin kimliyi bilindi - Yenilənib, Fotolar

Ağstafada tapılan meyitin kimliyi bilindi - Yenilənib, Fotolar

Aktual

3 Dekabr 2017, 00:46

Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib. Modern.az xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

19:41

 

"Bu gün Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb".  Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Məlumata görə, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə  üsulu ilə“KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum-şalvar, sarımtıl rəngli köynək olub.

 

"Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, Ağstafa Rayon Polis Şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?