Rusiyanın “Qazprom” qaz şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artırıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilib.
Məlumata görə, şirkət Yunanıstana qaz ixracını 11,6 faiz, Bolqarıstana 6,8 faiz, Macarıstana 22,3 faiz, Serbiyaya 26,1 faiz artırıb.
Ümumilikdə, “Qazprom” qazın uzaq xaricə ixracının həcmi qeyd olunan dövr ərzində 8,3 faiz (175 mlrd. kubmetr) artırılıb.