Suriya İŞİD-in minlərlə silah və texnikası ələ keçirib. Modern.az xəbər verir ki, Suriyanın "SANA" agentliyi Deyr-əz-Zor vilayətində Əl-Aşar, Sabihan və Əs-Səlhiyə kəndlərində İŞİD terrorçularından götürülən silah və texnikanın görüntülərini yayıb.
Məlumata görə, Suriya ordusu terrorçulardan bir neçə min atıcı silah (“Kalaşnikov” avtomatı və tüfənglər), həmçinin iriçaplı tank əleyhinə pulemyotlar və 130 mm-lik M-46 topu götürüb.
Bundan əlavə döyüşçülərin artilleriya qurğuları olan (152 mm-lik qaubitsalar) bir neçə yük maşını ələ keçirilib.