Modern.az

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Aktual

3 Dekabr 2017, 11:06

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə  çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

 

Havanın temperaturunun gecə  4-7° isti, gündüz  9-11° isti, Bakıda gecə  5-7° isti, gündüz  9-11° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 774  mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi  rütubət  80-90 % olacaq. 

 

Dekabrın 4-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti olacağı gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?