Modern.az

2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlanılacaq

2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlanılacaq

Aktual

3 Dekabr 2017, 17:41

"BP Gürcüstan ərazisində "Cənub Qaz dəhlizi" üzrə tikinti işlərini başa çatdırıb".

 

Modern.az xəbər verir ki, bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) deyib.

 

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

 

"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik", - deyə Q.Counz vurğulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?